Rusiya və Ukrayna arasında beşinci cəsəd mübadiləsi 

Rusiya və Ukrayna beşinci dəfə ölən hərbçilərin cəsədlərini mübadilə ediblər.

Milletinsesi.az xəbər verir ki, bu barədə Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilərinin Reinteqrasiyası Nazirliyi məlumat yayıb.

Rusiya tərəfi mübadilə barədə məlumat verməyib.

Qeyd olunur ki, Ukrayna tərəfi həlak olan hərbçilərdən 17-nin cəsədini qaytarmağa nail olub. Ukraynanın Rusiyaya nə qədər cəsəd verdiyi barədə məlumat verilmir.

Bundan əvvəlki mübadilə iyulun 19-da, digər mübadilələr isə 4, 14 və 28 iyunda baş tutub.

Akif İsmayılov

Mənbə

Share: