Rusiya Xarici İşlər nazirinin müavini Polad Bülbüloğlu ilə görüşüb

Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Azərbaycan Respublikasının Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu ilə görüşüb.

Bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı ikitərəfli münasibətlər, beynəlxalq platformalardakı qarşılıqlı əməkdaşlıq, regional təhlükəsizlik, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələləri müzakirə edilib.

Share: