Tanınmış musiqiçini oğlu təsadüfən güllələdi

Tanınmış musiqiçi Nofəl Süleymanovun ölüm səbəbi dəqiqləşib.

Milletinsesi.az Publika.az xəbər verir ki, N.Süleymanovun sənət dostları onun güllə yarasından vəfat etdiyini bildiriblər. Belə ki, ötən gecə oğlunun əlində silahdan ehtiyatsızlıq səbəbindən atəş açılıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, ilkin olaraq ailəsindən N.Süleymanovun yol qəzası səbəbindən vəfat etdiyi bildirilmişdi.

Faktla bağlı araşdırma aparılır.

 

Share: