Rusiya XİN-dən Qarabağa BMT sülhməramlıları gətirilməsi ilə bağlı AÇIQLAMA

“BMT sülhməramlılarının Qarabağa göndərilməsi ideyası real deyil”.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu  – Rusiya XİN-in beynəlxalq təşkilatlar departamentinin direktoru Petr İliçev deyib.

 

“Sülhün bərpası vəzifəsini Rusiya sülhməramlı kontingenti effektiv şəkildə həll edir”, – deyə İliçev bildirib.

 

O, həmçinin qeyd edib ki, BMT-nin sülhməramlı missiyaları həmişə ev sahibi ölkələrin etimadını qazanmır: “Məsələ sülhməramlı əməliyyata kimin icazə verməsində deyil, daha ​​çox münaqişənin dayandırılması və nəticələrinin aradan qaldırılmasında hər iki tərəfin xoş niyyətinin olmasıdır”.

Mənbə

Share: