Rusiya XİN Xələf Xələfovu mükafatlandırdı

Azərbaycan Xarici İşlər nazirinin müavini Xələf Xələfov 60 illik yubileyi münasibətilə Rusiya Xarici İşlər Nazirliyinin “Beynəlxalq əməkdaşlığa töhfəyə görə” nişanına layiq görülüb.

Bu barədə Milletinsesi.az-a Azərbaycan XİN-in Mətbuat xidmətindən məlumat verilib.

Mükafatı təqdim etmək məqsədilə Xarici İşlər Nazirliyinə gələn RF-nin ölkəmizdəki səfiri Mixail Boçarnikov Rusiya Xarici İşlər naziri Sergey Lavrovun məktubunu oxuyaraq, Nazir müavini Xələf Xələfovun çoxşaxəli Azərbaycan-Rusiya əməkdaşlığın möhkəmləndirilməsinə önəmli töhfə verdiyini qeyd edib.

 

Share: