Rusiyada 24 saat ərzində 194 nəfər koronavirusdan öldü

Rusiyada son bir gündə 194 xəstə koronavirus infeksiyası nəticəsində həyatını itirib.

Milletinsesi.az xəbər verir ki, bu haqda məlumatı Rusiya mediası yayıb.

Mənbə bildirir ki, ən çox ölüm Moskvada (48) və Sankt-Peterburqda (38) qeydə alınıb.

Ölkədə koronavirus qurbanlarının ümumi sayı 7478-ə çatıb; ümumilikdə pandemiya başlayandan 553 301 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 7843-ü son 24 saat ərzində yoluxub.304 342 xəstə sağalıb, 308 896 nəfər tibbi nəzarətdədir.

Share: