Rusiyada COVID-19-dan ölənlərin sayı 94 mini ötüb

Rusiyada son sutka ərzində daha 9 699 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Milletinsesi.az xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 4 437 938 nəfərə çatıb.

Son sutka ərzində 443 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 94 267 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

Share: