Rusiyada daha 122 nəfər koronavirusdan öldü

Rusiyada son sutka ərzində daha 5099 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Milletinsesi.az-ın verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 1035789 nəfərə çatıb.

Son sutka ərzində 122 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 17 993 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan və Brazilyadan sonra dördüncü yerdə gəlir.

Share: