Rusiyada partlayış olub.
Milletinsesi.az “Meduza”ya istinadən xəbər verir ki, hadisə Belqorod vilayətində yerləşən hərbi hissələrdən birində qeydə alınıb.
Belə ki, bir hərbçinin əlindəki qumbaranın partlaması nəticəsində silah-sursat anbarında partlayış baş verib.
Hadisə zamanı 3 hərbçi həyatını itirib, 16 hərbçi yaralanıb. Daha 8 hərbi qulluqçunun taleyindən isə xəbər yoxdur.
Hadisə ilə bağlı araşdırmaların davam etdirildiyi bildirilib.