“Rusiyada hərbi mükəlləfiyyətlilərin xaricə çıxışı məhdudlaşdırılıb”

“Ölkə xaricinə çıxışı qadağan edilənlər arasında hərbi xidmətə məhdud yararlı vətəndaşlar da var…”

 

“Bu dəfə əsas diqqət səfərbər edilənlərin keyfiyyətinə deyil, onların sayına və texnikaya yönələcək…”

 

“Yeni gələnlərin ekipirovkası və ilkin hazılığına iki ay zaman tələb ediləcək…”

 

Rusiyada yanvarın 9-dan hərbi mükəlləfiyyətlilərin, o cümlədən xidmətə məhdud yararlıların ölkədən çıxması məhdudlaşdırılıb.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi yanvarın 11-də məlumat verib. Məlumatı “Obozrevatel” (“İcmalçı”) nəşri yayıb.

 

Ukrayna kəşfiyyatının məlumatına görə, müvafiq əmr Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) tərəfindən işğalçı ölkənin bütün sərhəd idarələrinə göndərilib (Rusiyada sərhədçilər FTX-nın tərkibindədir).

 

“Mətndə deyilir: “2023-cü il saat 00:00-dan FTX Sərhəd İdarəsi “A”, “Б” və “В” kateqoriyasından hərbi xidmətə hazırlıq barədə rəyi olan vətəndaşların Rusiya Federasiyası ərazisinin hüdudlarından kənara çıxmasının məhdudlaşdırılmasını təmin etsin”, – Baş Kəşfiyyat İdarəsi qeyd edib.

 

FTX-nın əmrinə əsasən, göstərilən kateqoriyadan olan vətəndaşların ölkədən çıxışı üçün bütün istiqamətlər üzrə bütün məntəqələrdə çıxış imkanı bağlı olacaq.

 

Bu zaman, əmrdən göründüyü kimi, həmçinin “B” kateqoriyadan olan vətəndaşlara, yəni hərbi xidmətə məhdud yararlı olanlara da çıxış qadağan ediləcək.

 

Baş Kəşfiyyat İdarəsi vurğulayır ki, bu kateqoriyadan olan rusiyalı çağırışçılar dinc dövrdə çağırışdan və hərbi toplantılardan azad edilir və ehtiyata aid olur.

 

Ukrayna kəşfiyyatı əvvəllər artıq qeyd edib ki, Rusiyada səfərbərlik bərpa ediləndə əsas diqqət səfərbər edilənlərin keyfiyyətinə deyil, sayına və təqdim edilən texnikaya

yönələcək. 

 

Yeni gələnlərin ekipirovkası və ilkin hazırlığına təxminən iki ay tələb ediləcək, Baş Kəşfiyyat İdarəsi əlavə edib.

Mənbə

Share: