“Rusiyada kimin nə deməsindən asılı olmayaraq, bir dənə də “Patriot” məhv edilməyib”

“Rusiyada kimin nə deməsindən asılı olmayaraq, bir dənə də “Patriot” məhv edilməyib”

“Rusiya zəbt etdiyi əraziləri itirəcək, bizim isə ərazilərimizi işğaldan azad etməkdən başqa alternativimiz yoxdur…”

 

Rusiyalı hərbçilər Ukrayna ərazisində bir dənə də olsun “Patriot” hava hücumundan müdafiə sistemini məhv etməyə müvəffəq olmayıb.

 

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski iyunun 18-də növbəti videomüraciətində deyib.

 

“Rusiyada bizim “Patriot”larımızın, guya, məhv edilməsi haqqında kimin danışmasından asılı olmayaraq, onların hamısı yerindədir, işləkdir və Rusiya raketlərini vurur. Həm də bunu maksimal dərəcədə effektli edir. Bir dənə də olsun “Patriot” məhv edilməyib”, – Ukrayna prezidenti əmin edib.

 

Görünür, bununla o, Kreml rəhbəri Vladimir Putinin bu yaxınlarda Rusiyanın Kiyev yaxınlığında, guya, beş “Patriot” kompleksini məhv etməsi, həmçinin Kiyevin mərkəzində istənilən tapşırığı icra edə bilməsi, lakin bir sıra səbəblərdən bunu etməməsi barədə söylədiklərini şərh edib.

 

Putinin bu beş kompleks barəsində (Ukrayna bu qədər sistemin tədarükü haqqında heç məlumat verməyib) haradan məlumat aldığı aydın deyil. Lakin Ukraynanın Hava Qüvvələri bir dənə belə “Patriot”un məhv edilməsini inkar edib.

 

“Patriot”u istehsal edən ABŞ etiraf edib ki, komplekslərdən biri, mümkündür ki, mayın 16-da raket hücumu zamanı zədələnib. Sonradan Ağ ev onun təmir edildiyini bəyan edib.

 

Elə həmin gün, mayın 16-da Kiyev və Kiyev ətrafına raket zərbələri endirilib, ukraynalı hərbçilər həm də altı “Kinjal” hipersəsli raketin vurulması barəsində bəyan edib.

 

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, zərbə nəticəsində hansısa “qərarların qəbul edildiyi mərkəz” məhv edilib. Ukrayna mənbələri hansısa mühüm obyektin məhv edilməsi barədə məlumat verməyib.

 

Ukrayna prezidenti əlavə edib ki, bu gün terrorçu dövləti yeganə narahat edən Rusiya cəmiyyətini öz dövlətlərinin gələcəyini məhv etmək naminə bütün itirdiklərinə necə hazırlamaq barədə düşünməsi olmalıdır.

 

“Rusiya zəbt etdiyi əraziləri itirəcək. Bizim ərazilərimizi işğaldan azad etmək üzrə addımlarımızın alternativi yoxdur və olmayacaqdır”, – Zelenski qeyd edib.

 

“Afrikadan olan nümayəndə heyəti kimin sülhdə, kimin isə müharibədə maraqlı olduğunu görə bilib”

 

Zelenski daha sonra Afrikadan olan nümayəndə heyətinin Ukrayna və Rusiyaya səfərləri zamanı kimin sülhdə, kimin isə müharibədə maraqlı olduğunu görmək imkanına malik olub.

 

O, vurğulayıb ki, Ukraynada nümayəndə heyəti ilə sülh düsturu müzakirə edilib. Rusiyada isə “müharibə haqqında, bundan sonra da həyatın necə məhv edilməsi haqqında” danışılıb.

 

“Aydın olan odur ki, sülh düsturunun alternativi yoxdur. Yaxşı ki, dünya getdikcə bunu daha çox eşidir və görür”, – Ukrayna prezideti vurğulayıb.

Mənbə

Share: