Rusiyada koronavirusa yoluxanların sayı 1 milyonu keçib

Rusiyada koronavirusa yoluxanların sayı 1,03 milyon nəfəri keçib.

Ölkədə son sutka ərzində 5 185 nəfər virusa yoluxub, 51 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 030 690 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 17 871 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 843 277 nəfər virusdan sağalıb, 169 542 nəfərin müalicəsi isə davam edir.

Share: