Rusiyada koronavirusa yoluxanların sayı 3,07 milyon nəfəri keçib.
Milletinsesi.az xəbər verir ki, ölkədə son sutka ərzində 27 787 nəfər virusa yoluxub, 487 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 3 078 035 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 55 265 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 2 471 309 nəfər virusdan sağalıb, 551 461 nəfərin müalicəsi isə davam edir.