Rusiyada qayıq körpünün dirəyinə çırpılıb, insanlar suya düşüb

Rusiyanın Sankt-Peterburq şəhərində qayıq Krükov kanalının üzərində keçən körpünün dirəyinə çırpılıb.

Milletinsesi.az-ın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində göyərtədə olanlardan iki nəfəri qayıqdan suya düşüb.

Bildirilir ki, suya düşən şəxslər dostları tərəfindən xilas edilib.

İnsident nəticəsində körpünün dirəyinə zərər dəyməyib.

Share: