Rusiyada silahlı toqquşma – 3 polis öldürüldü

Rusiyada silahlı toqquşma – 3 polis öldürüldü

Rusiyanın İnquşetiya bölgəsində təhlükəsizlik qüvvələri ilə silahlılar arasında toqquşma yaşanıb.

 

Modern.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

 

Toqquşma zamanı 3 polis əməkdaşı ölüb, 7 nəfər yaralanıb. “Telegram 112” kanalının məlumatına görə, ölənlər arasında yüksək rütbəli rayon polis zabiti və Daxili İşlər Nazirliyinin ezam olunmuş əməkdaşları da var.

 

Bildirilir ki, toqquşma martın 27-də yol polisi postuna hücumda şübhəli bilinənlərin axtarışı zamanı yaşanıb. Atışma bütün gecə davam edib. Əməliyyatda Federal Təhlükəsizlik Cidmətinin xüsusi təyinatlıları, Daxili İşlər Nazirliyi və Rusiya Qvardiyası iştirak edib.

Mənbə

Share: