Rusiyada koronavirusa yoluxanların sayı 1,71 milyon nəfəri keçib.
Milletinsesi.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 19 404 nəfər virusa yoluxub, 292 nəfər isə həyatını itirib.
Bu günə qədər Rusiyada 1 712 858 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 29 509 nəfərə çatıb.
Ölkə ərazisində ümumilikdə 1 279 169 nəfər virusdan sağalıb, 404 180 nəfərin müalicəsi isə davam edir.