Rusiyada son sutkada 19 404 nəfər koronavirusa yoluxub

Rusiyada koronavirusa yoluxanların sayı 1,71 milyon nəfəri keçib.

Milletinsesi.az Trend-ə istinadən bildirir ki, ölkədə son sutka ərzində 19 404 nəfər virusa yoluxub, 292 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 1 712 858 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 29 509 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 1 279 169 nəfər virusdan sağalıb, 404 180 nəfərin müalicəsi isə davam edir.

Share: