Rusiyadan Türkiyəyə veriləcək S-400-lə bağlı qərar

Rusiyadan Türkiyəyə veriləcək S-400-lə bağlı qərar

Rusiyadan alınan S-400 zenit raket komplekslərini idarə edəcək təxminən 100 türk əsgəri bu ayın sonunda Rusiyadakı hərbi bazalardan birində təlimlərə başlayacaq.

Axar.az xəbər verir ki, bu barədə TASS yazıb.

Sözügedən təlimlərin təxminən 5 ay davam edəcəyi bildirilir.

Türk əsgərlərin mart ayının ortalarında eyni hərbi bazada təlimlərə başlayan çinli əsgərlərlə birlikdə olacağı qeyd edilib.

Share: