Rusiyalı milyarderlərin sərvəti artıb

2024-cü ilin ilk üç ayında Rusiyanın ən zəngin iş adamlarının ümumi sərvəti 18,293 milyard ABŞ dolları artıb.

 

Bu barədə “Bloomberg Billionaires Index” məlumat yayıb.

 

Qeyd olunur ki, indeks (siyahı) milyarderlərin səhmlərinin sahibi olduğu şirkətlərin səhmlərinin qiymətinə əsasən hesablanır.

 

Beləliklə, “Bloomberg Billionaires Index”in məlumatına görə, “Nornikel” şirkətinin həmsahibi Vladimir Potaninin sərvəti ilin əvvəlindən 768 milyon artaraq 31,8 milyard dollara, Vladimir Lisinin sərvəti 2,91 milyard artaraq 26,9 milyard dollara, “LukOil”un həmsahibi azərbaycanəsilli rusiyalı iş adamı Vahid Ələkbərovun sərvəti isə 1,79 milyard artaraq 26,4 milyard dollara çatıb.

 

Mənbə

Share: