“Rusiyalılar Əfqanıstanda uşaqları kütləvi surətdə şikəst edən silahın istifadəsinə başlayıb”

“Bu minalar həm ukraynalı hərbçilər, həm də dinc mülki əhali arasında kütləvi qurbanlara gətirib çıxara bilər”

 

“Mini-kəpənəklər” adlandırılan belə minalar məkrli seçmə tipli silahdır və onları oyuncaqlara bənzədən uşaqları şikəst edir”

 

Rusiyalılar, ehtimal ki, Donbasda özünün müdafiə xətləri boyunca piyadalarəleyhinə minalar yerləşdirir.

 

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.

 

Bu minalar həm ukraynalı hərbçilər, həm də dinc mülki əhali arasında kütləvi qurbanlara gətirib çıxara bilər.

 

Kəşfiyyatçıların məlumatlarına görə, Rusiya Donetsk və Kramatorsk yaxınlığında PFM-1 və PFM-1C minaları yerləşdirməyə başlayıb.

 

“PFM-1 seriyasını, adətən, “mini-kəpənəklər” adlandırır, onlar çox məkrli seçmə tipli silahdır. 

 

PFM-1 sovet-əfqan müharibəsində dağıdıcı effektlə tətbiq edilib və böyük sayda uşaqların onları uşaq oyuncaqları hesab etdikləri səbəbindən şikəst etməsinə gətirib çıxarıb”, – Britaniya XİN qeyd edib.

 

Analitiklər göstərib ki, Rusiyanın istifadə etdiyi sovet dövrünün silahı zamanla etibarsız olub və hazırda onun təsiri kifayət qədər proqnozlaşdırılmayandır. 

 

Bu, həm yerli əhali, həm də gələcəkdə ərazilərin minalardan təmizlənməsi üzrə humanitar əməliyyatlar üçün real təhlükə yaradır.

Mənbə

Share: