“Rusiyanı tərk edən proqramçıları məhbuslar əvə edəcək”

“İT mütəxəssisi hazırlanandan sonra ən azı iki il həbsxanada ixtisası üzrə işləyə bilər…”

 

“Layihə məhbus proqramçıların əmək haqqının xeyli artırılmasını nəzərdə tutur ki, bu da motivasiyanın yüksəlməsinə və işin səmərəsinin artmasına gətirib çıxara bilər…”

 

Rusiyada xaricə gedən İT mütəxəssislərini məhbuslar əvəz edə bilər.

 

Cəzaların İcrası Federal Xidməti (CİFX) üçün müvafiq layihə elə məhbusların özləri-keçmiş proqramçı Akim Denisov və onun Skolkovoda məktəbdə birlikdə təhsil aldığı həmkarı tərəfindən işlənib hazırlanıb.

 

Moderator.az xəbər verir ki, bu barədə “Moskovskiy komsomolets” nəşri yazıb.

 

Hazırda məhbusların koloniyada olmasının orta müddəti üç ilədək, İT ixtisasının mənimsənilməsi müddəti isə yarım il təşkil edir.

 

Bu, o deməkdir ki, mütəxəssis hazırlanandan sonra ən azı iki il dəmir barmaqlıqlar arxasında ixtisası üzrə işləyə bilər. 

 

Bu zaman motivasiya olunan və istedadlı məhbuslar onların ümumi sayının 5-15 fazini təşkil edir ki, bu da təxminən 50-60 min nəfər deməkdir.

 

Layihə müəllifləri məhbusun fəallığının uçotu, xarici internetlə əlaqəsi və sifarişçinin komandası ilə kommunikasiyası üçün     CİFX-nin daxili platformasını işləyib hazırlayıb. Məhbusların özlərinə internetə giriş mütləq deyil, bunu “The Moscow Times” yazıb.

 

Məlumatlar bazasını işləyib hazırlayanlar Rusiyada orta hesabla təxminən 80 min Rusiya rublu (1760 man.) qazanır. Eyni zamanda, tikiş istehsalında çalışan məhbus 7 min Rusiya rublu (154 man.) alır.

 

Layihə proqram iştirakçıları üçün əmək haqqının xeyli artırılmasını nəzərdə tutur ki, bu da motivasiyanın yüksəlməsi və məhbusların işinin səmərəsinin artmasına gətirib çıxara bilər, müəlliflər hesab edir.

 

Ukraynada müharibədən öncə, 2022-ci ilin yanvarında Vladimir Putin Ədliyyə Nazirliyinin Rusiyada məhkumlar üçün 100 min iş yerlik islah mərkəzlərinin yaradılması təklifini bəyənib.

 

Ədliyyə naziri Konstantin Çuyçenko bu layihəni hər yaradılacaq iş yeri üçün 500 min rubl (11 min man.) məbləğində dəyərləndirib, lakin məhbusların faktiki olaraq özlərinin onların saxlanılması məsrəflərini ödəyəcəyini vəd edib. 

 

CİFX bu layihə üzərində işi davam etdirir. Yaxın zamanlarda ölkənin bütün regionlarında məcburi əməyə məhkum edilənlər üçün xüsusi islah mərkəzlərinin (İM) açılışı planlaşdırılır.

 

“Əgər indi məcburi işlərə təxminən 18 min adam cəlb edilibsə, bir neçə ilə İM-də yerlərin sayı 110 min nəfərə çatacaq”, – bu barədə əvvəllər Dövlət Dumasının qanunvericilik üzrə ekspert şurasının üzvü olmuş Aleksandr Mitryuk məlumat verib. 

 

Onun sözlərinə görə, artıq 2024-cü ildə Cinayət İslah İnspeksiyasının istehsalat obyektlərində işləyən şəxslərin payı 55 faizə,  2030-cu ildə 85 faizədək artacaq.

Mənbə

Share: