Rusiyanın bir briqadasının 800 hərbçisi məhv edildi

Müharibədə Rusiyanın 15-ci əlahiddə motoatıcı briqadasının 800 əsgəri məhv edilib.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Ukrayna ərazisində gedən döyüşlərdə Mərkəzi Hərbi Dairənin 2-ci birləşmiş ordusunun 15-ci əlahiddə motoatıcı briqadasının şəxsi heyəti xeyli itki verib. Təxminən 800 ölü, 400-ə yaxın yaralı var. Ümumilikdə, Ukrayna ərazisindəki döyüşlərdə briqadadan 1800-ə yaxın hərbçi iştirak edib”, – məlumatda deyilib.

Share: