Rusiyanın bütün bölgələrində kütləvi peyvəndləmə BAŞLAYIR

Rusiyanın bütün bölgələrində bu həftənin sonuna qədər (13 dekabradək) koronavirus infeksiyasına qarşı kütləvi peyvəndləmə başlayacaq.

Milletinsesi.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Tatyana Qolikovanın ofisi məlumat yayıb.

Deyilir ki, baş nazirin müavini artıq ölkənin bölgələri ilə peyvəndləməyə başlamağa hazırlıq məsələlərini müzakirə edib.

“İclasda bütün bölgələr peyvəndləməyə hazır olduqlarını açıqladı. Bu həftənin sonunadək peyvənd bütün bölgələrdə istifadəyə veriləcək”, – məlumatda bildirilir. (publika.az)

Share: