Rusiyanın məhv edilən hərbçilərinin SAYI

Ukraynada müharibə başlayandan indiyədək Rusiya ordusunun 43 400 hərbçisi məhv edilib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiyanın digər döyüş itkiləri 1856 tank, 4115 zirehli döyüş maşını, 978 artilleriya sistemi, 261 reaktiv yaylım atəşi sistemi, 136 hava hücumundan müdafiə sistemi, 233 təyyarə, 193 helikopter, 779 PUA, 187 qanadlı raket, 15 gəmi, 3036 avtomobil texnikası və avtosistern, 91 xüsusi texnikadan ibarətdir.

Xatırladaq ki, Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya qarşı hərbi əməliyyatlara başlayıb.

Mənbə

Share: