Rusiyanın Ukraynada törətdiyi cinayətlər… – Almaniya üçrəqəmli ədəddən ibarət sübutlar toplayıb

“Rusiyanın Ukraynada hərbi cinayətlər törədən dövlət xadimləri və hərbi rəhbərləri məhkəməyə cəlb edilməlidir…”

 

“Ukrayna çoxdandır ki, Rusiya rəhbərliyi üçün xüsusi tribunalın yaradılmasına təkid edir…”

 

Almaniya rusiyalı hərbçilərin Ukraynada törətdiyi cinayətlər barədə öz araşdırmasını aparır və gələcək beynəlxalq məhkəmə prosesi üçün sübutlar toplayır.

 

Moderator.az xəbər verir ki, bu barədə Almaniyanın Baş Prokuroru Peter Franka istinadən “Reuters” agentliyi yazıb.

 

“Hazırda, məsələn, biz Buçada kütləvi qətllər və Ukraynanın mülki infrastrukturuna hücumlara köklənmişik”, – o, deyib. Onun sözlərinə görə, toplanan sübutlar üçrəqəmli ədədlə ifadə edilir.

 

Alman təqdiqatçıları Rusiyanın hərbi cinayətlərinin sübutlarının toplanmasına ötən ilin mart ayında başlayıblar. 

 

Almaniya Prokurorıuğu hesab edir ki, cinayətləri həyata keçirən Rusiyanın dövlət xadimləri, habelə hərbi rəhbərləri məhkəməyə cəlb edilməlidir.

 

“Biz gələcəkdə, – istər Almaniyada, istərsə də beynəlxalq məhkəmə olsun, – mümkün məhkəmə proseslərinə hazırlaşırıq”, – Frank qeyd edib.

 

Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsi öz araşdırmasını aparır. 

 

Sentyabr ayında BMT-nin müstəntiqləri rusiyalı hərbçilərin törətdiyi cinayətlərin sübutlarını təqdim edib. Ukrayna və Nuderland da həmçinin öz təqdiqatlarını aparır.

 

Çoxsaylı sübutlara rəğmən, Rusiya hakimiyyəti Ukrayna vətəndaşlarına qarşı törədilən əzabları və kütləvi qətlləri, eləcə də digər hərbi cinayətləri inkar edir. 

 

Ukrayna çoxdandır ki, Rusiya rəhbərliyi üçün xüsusi tribunalın yaradılmasına təkid edir. 

 

Bu günlər Avropa Komissiyasının rəhbəri Ursula fon der Llyayyen deyib ki, Avropa Ədliyyə qurumunun himayəsi altında Haaqada sübutların toplanmasını koordinasiya edən beynəlxalq mərkəz yaradılır.

Mənbə

Share: