Rusiyaya ağır zərbə: Ukraynada öldürülən rus generallarının sayı 6-ya çatdı

Ukrayna qoşunları Rusiyanın cənub hərbi zonasının 49-cu Birləşmiş Silahlı Qüvvələrinin komandanı general-leytenant Yakov Rezantsevi zərərsizləşdirib.

Millətin Səsi.az xəbər verir ki, Ukrayna prezidentinin aparatının müşaviri Aleksey Arestoviç rusiyalı general-leytenant Yakov Rezantsevin Xerson vilayətindəki Çernobaevka hava limanında Ukrayna hərbi birləşmələri tərəfindən öldürülməsi barədə məlumatı təsdiqləyib. (haber7.com)

Qeyd edək ki, indiyədək öldürlən rus generallarının sayı altıya çatdı:

“Martın 3-də 41-ci Ordu komandanının müavini general-mayor Andrey Suxovetski, martın 7-də Rusiya 41-ci Ordu Komandanının müavini və Baş Qərargah rəisi general-mayor Vitali Gerasimov, martın 11-də Şərq Hərbi Dairəsinin 29-cu Birləşmiş Silahlı Qüvvələrinin general-mayoru Andrey Kolesnikov, martın 15-də 150-ci motoatıcı diviziyasının general-mayoru Oleq Mityayev, martın 19-da Rusiya 8-ci Qvardiya Ordusunun komandanı general-leytenant Andrey Mordviçev, martın 25-də Rusiya ordusunun Cənub Hərbi Dairəsinin 49-cu birləşmiş bölməsinin komandiri general-leytenant Yakov Rezantsev öldürülüb”.

 

Share: