Rusiyaya ilk qar yağdı

Sentyabrın 21-də Rusiyanın Sverdlovsk vilayətinə qar yağıb.

Milletinsesi.az xəbər verir ki, sulu qar Yekaterinburq şəhərinin böyük hissəsini örtüb. Yollarda sürücülərə ehtiyatlı olmaq xəbərdarlığı edilib.

Bundan başqa Perm diyarına da qar yağıb.

Sankt-Peterburqda isə əksinə, havalar həddindən artıq isti keçir. Şəhərdə günəşli hava və 20 dərəcə istidir.

 

Share: