Ruslan Əliyev də partlayış baş verən əraziyə getdi

 

“Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Ruslan Əliyev də partlayış baş verən əraziyə gedib.

Milletinsesi.az xəbər verir ki, R.Əliyev əraziyə baxış keçirib, müvafiq tapşırıqlar verib.

Qeyd dək ki, Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verib.

İlkin məlumata əsasən, on səkkiz mərtəbəli yaşayış binasının on səkkizinci mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib. Nəticədə, ilkin məlumata əsasən, 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb, mənzilə ciddi ziyan dəyib.

Mənbə

Share: