Səfəvi əsgərlərinin uyuduğu məzarlıq – VİDEO

 

XVI əsrə aid Baba Samid məqbərəsi Sabirabadın Şıxlar kəndində yerləşir. 

Türbənin üzərinə Qurani-Kərimdən surələr həkk olunub.

Baba Samid türbəsi bəktaşiliyin Azərbaycanda əsas məkanlarındandır. Bəktaşi hərəkatı Azərbaycanda 16-cı əsrdə yayılıb. Tarixçi Fariz Xəlillinin sözlərinə görə, Baba Samid Hacı Bektaş Vəlinin nəslindən olub. Sufi şeyxi olan Hacı Bektaş Vəli Orta Asiyadan Türkiyəyə, Anadoluya gedib və orada fəaliyyət göstərib.

Tarixçinin sözlərinə görə, Baba Samid türbəsində həmçinin Şirvanşah ailəsinin mənsubları da dəfn olunub. Abidə ərazisində səfəvi əsgərlərinin məzarları da yerləşir.

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

Mənbə

Share: