Rusiya ordusunun Ukraynanın şərqindəki Kramatorsk şəhərində yaşayış binasına hücumu nəticəsində 2 nəfər ölüb, 6 nəfər yaralanıb.
Millətin Səsi.az xəbər verir ki, bu barədə Donetsk qubernatoru Pavlo Krilenkov verdiyi açıqlamada bildirib:
“Ruslar Kramatorsk şəhərinə bombalı hücum təşkil edib. Bombalar bir mənzilə və ictimai binaya düşüb. İlk təsbitlərə görə 2 nəfər həyatını itirib, 6 nəfər yaralanıb. ”
Həmçin ruslar dronlarla meşədə yerləşən rabitə mərkəzini də sıradan çıxarıblar.