Bayram günlərində hava necə olacaq ?

Havanın kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən Millətin Səsi.az -a verilən məlumata görə

Bakıda və Abşeron yarımadasında

martın 20-dən 23-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 20-si
axşam, 21-i gecə və səhər yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək
güclənəcəyi, arabir yağıntılı olacağı gözlənilir.

Azərbaycanın rayonlarında

Martın 26-dək ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi,
arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, duman
olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var.

Qərb küləyinin arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək
güclənəcək.

Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

Share: