Ruslara Litvada daşınmaz əmlak almaq qadağan EDİLƏCƏK

“Ruslar Litvada öz adlarına və ya burada yaradılmış hüquqi şəxslərin adından daşınmaz əmlak əldə etmək hüququndan məhrum edilməlidir”.

Bu plan çərşənbə günü parlamentin Milli təhlükəsizlik və müdafiə komitəsi tərəfindən təsdiqlənib və milli sanksiyalar haqqında qanun layihəsinə daxil edilib.

“Ruslar və ya onların yaratdıqları hüquqi şəxslər tərəfindən daşınmaz əmlakın alınması üzrə əməliyyatların artması sonda milli təhlükəsizlik üçün riskə çevrilə bilər”,- komitə sədri Laurinas Kasciunas jurnalistlərə bildirib.

Onun sözlərinə görə, 2022-ci ildə ruslar Litvada 699 daşınmaz əmlak obyekti alıblar.

Parlament komitəsi sanksiyalar haqqında qanun layihəsinə Rusiya və Belarusdakı tərəfdaşları ilə işləyən Litva müəssisələri haqqında məlumatların açıq olması ilə bağlı maddə də daxil edib.

Bunun hansı formada edilməli olduğunu komitə dəqiqləşdirməyib.

Komitənin əlavə mətnində deyilir: “Belə bir reklam Litvanın milli maraqlarına uyğun gəlməyən rejimlərin həyat qabiliyyətinə töhfə verən bu ticarət əlaqələrini məhdudlaşdırmağa məcbur etməlidir”.(redaktor.az)

Mənbə

Share: