Rusların kazarması vuruldu: 12 ölü, 10 yaralı

 

Rusiya Ordusunun Novaya Kaxovkadakı kazarması partladılıb.

Milletinsesi.az xəbər verir ki, məlumatı ukraynalı jurnalist Denis Kazanski ictimailəşdirib.

Jurnalist hadisə yerindən fotolar paylaşıb.

Məlumata görə, zərbə tam olaraq işğalçıların olduğu yerə dəyib. Hücum nəticəsində bina dağılıb, kazarma yaxınlığında saxlanılan texnika yanıb.

Rusların 12 hərbçisinin öldüyü və 10 əsgərin yaralandığı bildirilir.

Mənbə

Share: