Sədərəkdə yük maşını aşıb – FOTO

Sədərək rayonunda yük maşını aşıb.

 

Hadisə rayonun Qaraağac yolunda baş verib.

 

Belə ki, Eldəniz Nağıyevə məxsus hərəkətdə olan 77-EC-439 nömrəli yük maşını idarəetməni itirib və yol kənarında yerləşən dərəyə aşıb.

 

Xəsarət alan olmasa da, avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə

Share: