Rusiya Skandinaviyada nüvə silahı yaranarsa, istənilən təhlükəyə qarşı çıxmaq üçün bütün lazımi tədbirləri, o cümlədən hərbi-texniki tədbirləri görəcək.
Millətin Səsi.az xəbər verir ki, bu sözləri Rusiyanın İsveçdəki səfir Sergey Belyaev “İzvestiya”ya bildirib.
“Əlbəttə, biz bütün lazımi tədbirləri, o cümlədən hərbi-texniki tədbirləri görəcəyik. Bizə qarşı yönələn istənilən təhdidlərə qarşı duracağıq”, – diplomat Fransa və İsveç arasında nüvə sahəsində əməkdaşlığı şərh edərkən deyib.
Bundan əvvəl Fransa prezidenti Emmanuel Makron Parisin öz nüvə arsenalının tərkibini təsnif edəcəyi “mütərəqqi çəkindirmə” konsepsiyasını təqdim edib. Doktrina həmçinin Fransanın Aİ tərəfdaşlarının nüvə silahı proqramında iştirakını nəzərdə tutur. Almaniya hökuməti artıq iştirakını elan edib və Polşa hökuməti də qoşulmaqda maraqlı olduğunu bildirib.


