
Rusiyada nəhəng uşaq qəbiristanlığı tapılıb. Məzarlığın sahəsi təxminən 2700 kvadratmetrdir.
Moderator.az xəbər verir ki, Novorossiysk yaxınlığındakı Cənubi Ozereevkada dəhşətli tapıntı aşkar edilib. Yeni elektrik ötürücü xətti çəkilməzdən əvvəl arxeoloqlar geniş miqyaslı qazıntılar aparmış və nadir artefaktlar toplamışlar. Mütəxəssisləri ən çox heyrətə gətirən nəhəng uşaq məzarlığı olub.
Dəfn adi qəbiristanlıqdan kənarda yerləşir. Alimlərin fikrincə, uzun əsrlər əvvəl burada yaşayan əhali körpələri tamhüquqlu insan hesab etmirdi. Uşaqlar ayrıca – qəbiristanlıqdan kənarda dəfn edilib. Buna görə də müəyyən bir ərazidə ancaq uşaqların məzarlarına rast gəlinir.
Bu tapıntının yaşı ilkin olaraq son orta əsrlərə aiddir. Amma bu hələ dəqiq deyil.
Moderator.az


