Dünəndən tanınmiş jurnalist Elşad Paşasoyla üç Şəhid ailəsini ziyarət etmişik. Biri atasız, anasız, ikisi isə atasız.
Birinci Şəhidimiz Səbuhu Əhmədov idi. Sos Yetimlər Evində böyüyüb, ailəsi bütün Azərbaycan xalqı idi. Səbuhinin qardaşına onun kimsəsiz olduğunu hiss elətdirilmədi.
Ikisinin – Atasız olanların məslisində təskinlik üçün babaları ziyarət olunurdu.
Hər iki baba bir-birinə çox bənzəyir; qürurlu, təmkinli, mərd, alicənab və kasıb. Hər iksi də Yardımlı rayonundandır. Hər iksinin yaşı da təxminən eyni olarfı. “Dədə Qorqud” yurdunda (qəsəbəsi) hər iki Dədəni ziyarət etdik; Şəhidimiz Röyal Balaşzadənin babası- Tarverən babanı , Polad Şirinovun babası- Mirhüseyn babanı..
Hər iki ailənin evi yarımçıq, amma hər ikisinin üzərində Azərbaycanın üçrəngli bayrağı..
Evlərin yarımçıq və kasıb olmasına baxmayın. O evlər dünyanın ən bahalı malikanəsıdır. O evlər qəhrəman analara sığınacaqdır. O evlərdə qəhrəmanlar yetişib. O evlərin yollarının kənarı baş tacımız olan üçrəngli bayraqlarla bəzədildi, yolları abadlaşdı. O evlər ən ünlü adamların ziyarət yerinə döndü..
Oralar Allahın evləri idi. Orada mənən, ruhən rahatladıq. Heç məscidlərə gedəndə o qədər ruhum rahatlamayır.
Hər iki evin yolunu tanımırdıq. Yol boyu dalğalanan üç rəngli Azərbaycan bayraqları bizi o ünvana apardı. O ünvan ki, ümidlər ordan doğur. O ünvan ki, ordan Azərbaycan başlayır. O ünvan ki, orda Azərbaycanın müstəqilliyinin daimi olması üçün canını fəda etmiş qəhrəmanlar böyüyüb.
Talıb Əhədov