Şəhid Fərziyev Saməddin Mehman oğlunun doğulduğu Lerik rayonu Xanagah kəndində xatirəsini əbədiləşdirən bulağın açılışı olub.
Xatirə bulağı kənddə yerləşən, 14-cü əsrdə tikilmiş, daim ziyarətgah yeri olan Xoca Seyyid türbəsinin önündə tikilmişdir. Bulağın açılışında şəhidin valideynləri, qohumları və kənd camaatı iştirak edib.
Saməddin 2020-ci il 27 sentyabr tarixində başlayan və 44 gün davam edən II Qarabağ müharibəsinin ilk günündən etibarən müharibədə iştirak edir, yüksək məharətlə döyüşür, şücaətlər göstərərərək adını qızıl hərflərlə tarixə yazır. Xidmətini başa vurmağına 70 gün qalmış, 21 oktyabr taixində Xocavənd rayonunun azad olunması uğrunda gedən döyüşlərdə mənfur düşmənin atdığı güllə Saməddinin sağ gözündən dəyir və qəhrəmancasına şəhid olur. Valideynləri Qaradağ rayonunun Lökbatan qəsəbəsndə yaşadığı üçün şəhidin nəşi qəsəbədə yerləşən qəbiristanlığda dəfn edilib.
Şəhidimiz Prezident Ilham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilmişdir.
Qeyd edək ki, Xanagah kəndinin iki Birinci Qarabağ şəhidi, bir Vətən Müharibəsi şəhidi və onlarla qazisi var.