ABŞ Ukraynaya yeni hərbi yardım ayırdı

ABŞ Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib.

Milletinsesi.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

Paketin həcmi 1 milyard dollardır. Bununla da ABŞ-ın Ukraynaya ayırdığı hərbi yardımın həcmi 10 milyard dollara yaxınlaşıb.

Yeni paketə aşağıdakı hərbi sistemlər daxildir:

– HIMARS raket sistemləri üçün sursatlar

– 155 mm çaplı artilleriya qurğuları üçün 75 min mərmi

– “Javelin” tank əleyhinə raket sistemləri üçün 1000 ədəd raket

– 20 ədəd minaatan qurğusu və 20 min ədəd 120 mm çaplı minaatan mərmisi

– NASAMS zenit-raket kompleksləri üçün sursatlar

– 50 ədəd tibbi zirehli maşın

– Müxtəlif təyinatlı minalar, partlayıcı qurğular

– Tibbi avadanlıqlar və s.

Akif İsmayılov 

Mənbə

Share: