Şəhidimiz 14 gün sonra dəfn edildi – FOTO

Sentyabrın 12-13-də sərhəddə Ermənistanın təxribatı nəticəsində şəhid olan hərbçimiz Elvin Elçin oğlu Abdullayevin nəşi 14 gündən sonra neytral zonadan çıxarılıb və doğulduğu Neftçala rayonuna gətirilib.

 

Modern.az xəbər verir ki, şəhidlər vida mərasimi keçirilib, daha sonra şəhər qəbiristanlığında dəfn olunub.

 

 

Elvin Abdullayev 2003-cü ildə Neftçala rayonunun Bankə qəsəbəsində anadan olub. Ailədə bir bacı, bir qardaş olub.

 

Allah rəhmət eləsin!

 

Mənbə

Share: