Şəhidimizlə vida mərasimi keçirilir – Foto

Kəlbəcərdə Ermənistan Silahlı Qüvvələrinin törətdiyi təxribat nəticəsində şəhid olan hərbi qulluqçu Ayaz Azər oğlu Nəzərovun nəşi ailəsinə təhvil verilib.

Millətin Səsi.az xəbər verir ki, şəhidin nəşi Tovuzun Bozalqanlı kəndindəki evinə gətirilib.

Hazırda şəhidmizlə vida mərasimi keçirilir.

Qeyd edək ki, şəhid nişanlı idi və bir neçə gündən sonra toyu olacaqdı. Buna görə də şəhidin anasının istəyi ilə onun yas mağarı toy ab-havasında bəzədilib.

Şəhid doğulub, boya-başa çatdığı Bozalqanlı kənd qəbiristanlığında dəfn olunacaq.

Allah rəhmət etsin!

Share: