Səlyanda zəncirvari qəzada 5 nəfər xəsarət aldı

Səlyanda zəncirvari qəzada 5 nəfər xəsarət aldı

Salyanda 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Millətin Səsi.az Report-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında Salyan-Şirvan avtomobil yolunun rayonun Qaraçala qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Zəncirvari qəza zamanı “İnfiniti”, “Mazda”, VAZ-2107 markalı avtomobillər və mikroavtobus toqquşub.

Hadisə nəticəsində Qaraçala qəsəbə sakinləri – Nemət İbrahim oğlu İsmayılov, Ərəstun Ramazan oğlu Əhmədov və daha üç nəfər xəsarət alıb.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Share: