Şəmkirdə avtomobil piyadanı vuraraq öldürdü

Şəmkirdə avtomobil piyadanı vuraraq öldürüb.

Hadisə Şəmkir şəhər Şıxali Qurbanov küçəsində qeydə alınıb. Avtomobil şəxsiyyəti hələ məlum olmayan piyadanı vurub. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Meyit müayinə üçün tibbi ekspertizaya aparılıb.

Hadisəni törədən sürücünün kimliyi hələ ki, məlum deyil. Onun hadisə yerindən qaçdığı bildirilir.

Faktla bağlı araşdırma aparılır (Report).

Share: