Sərhəddə vəziyyətin gərginləşməsi hamımızı narahat edir

Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi hamımızı narahat edir.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

 

“Şadam ki, Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi dayandırmağa nail olunub. Lakin orada vəziyyət əvvəlki kimi gərgindir”, – o deyib.

 

Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığının məzmunu barədə həmkarına məlumat verdiyini bildirib: “Dünən axşam mən Ermənistanın baş naziri ilə danışdım – siz bu barədə bilirsiniz, mən sizə demişəm”.

Mənbə

Share: