Oktyabrın 17-də Qax rayonu Üzümlü kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərərkən Gürcüstan vətəndaşı Qoqiçaişvili Davit Quramoviç saxlanılıb.
DSX-nin Mətbuat Mərkəzindən Milletinsesi.az-a verilən məlumata görə, ilkin araşdırma zamanı sərhəd pozucusunun Azərbaycan Respublikasının DİN tərəfindən Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə istintaq olunan cinayət işi üzrə şübhəli şəxs qismində axtarışda olması müəyyənləşdirilib.
Həmin tarixdə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələkən AR vətəndaşı 1989-cu il təvəllüdlü Kişizadə Qabil Mirəhməd oğlunun üzərinə sərhəd və gömrük baxış keçirilərkən 97 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
Hər 2 fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.