Sərnişin avtobusu buzlu yolda AŞDI

Sərnişin avtobusu buzlu yolda AŞDI

Bakı-Quba yolunun Siyəzən rayonu ərazisində keçən hissəsində qəza olub.

 

Modern.az xəbər verir ki, Qubadan Bakı istiqamətində hərəkətdə olan “Hyundai” markalı 50-EA-628 dövlət nömrə nişanlı sərnişin daşıyan avtobus yolun buz bağlaması səbəbindən aşıb.

 

Belə ki, qarşısına mal-qara çıxdığı üçün sürücü avtomobili dayandırıb. Avtomobil dayanandan sonra sürüşməyə başlayıb və aşıb.

 

Hadisə zamanı sürücü və sərnişinlər arasında xəsarət alan olmayıb.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Mənbə

Share: