Rusiyada şəxsi avtomobillərin icbari müntəzəm texniki baxışı ləğv edilib.
Millətin Səsi.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin müvafiq qanunu imzalayıb.
Qanun dekabrın 22-də Dövlət Duması tərəfindən qəbul edilib və dekabrın 24-də Federasiya Şurası tərəfindən təsdiqlənib.
Belə ki, qanuna əsasən, vətəndaşların mülkiyyətində olan və yalnız öz ehtiyacları üçün istifadə etdikləri avtomobil və motosikletlər texniki baxışdan azad ediləcək.
Bu prosedur taksi və sərnişinlərin daşınması üçün istifadə olunan digər avtonəqliyyat vasitələri, habelə biznes məqsədləri üçün istifadə olunan şəxsi avtomobillər üçün məcburi olaraq qalacaq.
Bundan başqa, dörd ildən yuxarı avtomobil və motosikletlər satıldıqda və qeydiyyata alındıqda, eləcə də, nəqliyyat vasitəsinin konstruksiyasında dəyişiklik edildikdə icbari texniki baxışdan keçmə müddəti qalacaq.
Sürücünün diaqnostik kartı olduqda hallar istisna edilir, lakin yol polisi nəqliyyat vasitəsini yoxlamaya göndərir. Bu, yalnız yol hərəkəti təhlükəsizliyini təhdid edən nəqliyyatın aşkar texniki nasazlığı zamanı mümkün olacaq. Diaqnostik kartı olmayan şəxsi avtomobil sahibləri cərimələnməyəcək. Eyni zamanda, yol hərəkəti qaydalarında bir bənd qalır ki, ona görə hər bir avtomobil sahibi öz nəqliyyat vasitəsinin texniki vəziyyətinə (texniki baxışdan asılı olmayaraq) nəzarət etməyə borcludur.
Qanun təxminən 50 milyon avtomobil sahibini əhatə edəcək. /Qafqazinfo/