Səyahət üçün ən arzuolunan yerlər açıqlanıb

Google” şirkəti istifadəçilərin 2019-cu il üzrə axtarışlarını təhlil edərək dünyanın ən arzuolunan səyahət yerlərinin siyahısını dərc edib.

Milletinsesi.az “Lenta.ru”ya istinadən xəbər verir ki, “Search in Year 2019” araşdırmasının tam nəticələri “Google Trends” səhifəsində dərc olunub.

Reytinqdə ilk pilləni Maldiv adaları tutub. TOP-5-də həmçinin Yaponiya, Fransa Polineziyasındakı Bora Bora adaları, ABŞ-ın Las-Veqas şəhəri və Meksikanın paytaxtı Mexiko şəhəri yer alıb.

Share: