“Səyyar qəbul otağı” Biləsuvar sakinləri üçün quruldu – FOTOLAR

“Bugün Lənkəranın  7 rayonunda qazlaşdırma işləri davam edir. Biləsuvar rayonu isə hazırda 100% qazlaşdırılmış ərazilər siyahısındadır. Qarşıdakı aylarda bir neçə yaşayış massivində qazlaşdırma işləri yekunlaşacaq”.

 

Moderator.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İB-nin Lənkəran RQİİ-nin rəisi Namiq Məmmədov Biləsuvarda baş tutan “Açıq mikrofon” aksiyasında bildirib. Daha sonra mikrofon önünə keçərək sakinlər qaz təchizatında üzləşdikləri problemləri səsləndiriblər. Ümumilikdə 5 müraciət ünvanlanıb.

 

Bunlardan 3-ü rayonun yeni yaşayış massivinin sakinləri tərəfindən səsləndirilib. Onlar qazlaşdırılan yaşayış massivində mavi yanacağın tezliklə sakinlərin ixtiyarına verilməsini xahiş ediblər. Hər bir müraciət Lənkəran Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıqlar verilib.

Mənbə

Share: