Saatlı sakinindən 2 kq-dan artıq narkotik götürüldü

Saatlı sakini Bakıda narkotiklə saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milletinsesi.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saatlı rayon sakini, əvvəllər məhkum olunmuş Z. Əliyev Qaradağ rayonu ərazisində saxlanılıb.

Şəxsi axtarış zamanı ondan 2 kiloqrama yaxın heroin, 186 qramdan artıq metamfetamin, yaşadığı Sahil qəsəbəsindəki evə baxış zamanı isə oradan 560 qram heroin, 1 000 ədəd metadon, 200 ədəd tramadol həbi və 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Share: